Sumqayıt şəhərində 17 yaşlı qızın itkin düşdüyü bildirilir.
Azpost.info-nun əldə etdiyi məlumata görə, Sumqayıt şəhəri, 30-cu məhəllə sakini, 17 yaşlı Mansurlu Dəniz Elçin qızı avqustun 18-də səhər saat 11:00 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yaxınları onun itkin düşməsi ilə bağlı polisə rəsmi məlumat verildiyini bildiriblər.
Ailəsi Dənizin sağ-salamat tapılması üçün narahatlıq keçirir və onunla bağlı hər hansı məlumatı olan şəxslərdən kömək istəyir.
Dəniz Mansurlunu görən və ya harada olması barədə məlumatı olan şəxslərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 055 615 15 61
Ailəsi həmçinin məlumatın daha geniş yayılması üçün vətəndaşlardan bu xəbəri paylaşmalarını xahiş edir.