Sumqayıtda 59 yaşlı kişi günvurmadan ölüb

Son günlər davamlı olaraq müşayiət olunan havanın yüksək temperaturu insanlara mənfi təsir göstərməkdədir.

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda çilingər işləyən 59 yaşlı Tahir Quliyevi gün vurub. O, xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq T.Quliyev dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Sabah 44 dərəcə isti olacaq

Sonrakı məqalə

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?