Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir.

Dövlət Vergi Xidməti xəbər verir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əvvəlki məqalə

Sumqayıtda 59 yaşlı kişi günvurmadan ölüb

Sonrakı məqalə

21 yaşlı oğlan sirkə turşusundan zəhərlənərək ölüb