Sumqayıtda gənc qız intihar edib

29 Mart 2021 - 08:45

Sumqayıtda intihar hadisəsi baş verib.

Hadisə şəhərin 17-ci mikrorayonu, ev 45-də qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan təxminən 17-20 yaşlarında qız özünü 9-cu mərtəbədən atıb. İntiharın səbəbləri bilinmir.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.