Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sumqayıtda insan alveri və məişət zorakılığı qurbanları üçün sosial xidmətlər göstəriləcək

User 12 May 2025 - 10:49 (Last updated: 21 May 2025 - 20:43)
insa

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “İnsan alveri və məişət zorakılığı qurbanları üçün sosial xidmətlərin təşkili” layihəsinin icrasına may ayından etibarən başlanılıb.

Layihənin əsas məqsədi çərçivəsində yaradılmış Regional İlkin Dəstək və Reabilitasiya Mərkəzi vasitəsilə insan alveri və məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi və bu sahədə dövlətə dəstək göstərilməsidir. Layihə çərçivəsində Sumqayıt şəhərində insan alveri və məişət zorakılığı qurbanlarına, eləcə də potensial qurbanlara hüquqi və psixoloji xidmətlər təqdim olunacaq. Həmçinin, bu şəxslərin ailə üzvləri də dəstək xidmətləri ilə əhatə olunacaq. Müraciət edən şəxslərə qaynar xətt vasitəsilə ilkin hüquqi və psixoloji yardım göstəriləcək.

Layihənin predmetinə insan alveri və məişət zorakılığı mövzularının birgə şəkildə daxil edilməsi təsadüfi deyil – bu iki sosial problem bir-birini şərtləndirən və gücləndirən amillər kimi qiymətləndirilir. Reabilitasiya proqramları vasitəsilə qurbanların cəmiyyətə reinteqrasiyası təmin olunacaq, onların psixoloji gərginliklərinin və hüquqi problemlərinin aradan qaldırılmasına dəstək göstəriləcəkdir.

Layihə çərçivəsində məişət zorakılığı və insan alveri ilə mübarizə sahəsində preventiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. May ayından etibarən bu mövzularda televiziya verilişləri, təlimlər və maarifləndirici tədbirlər təşkil ediləcək.

Layihənin icrası insan alveri və məişət zorakılığına qarşı mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət sektorunun əməkdaşlığını gücləndirəcək, daha davamlı və effektiv müdafiə mexanizmlərinin qurulmasına xidmət edəcək.

Layihədən faydalanmaq istəyən şəxslər aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:

Telefon nömrəsi- 050 680 22 22

E-mail ünvanı- azwomen@mail.ru

AzPost.az

Post navigation

Previous: Prezident sosial xidmətlərin sayını artırdı
Next: Həftəsonu borca görə axtarışda olan 47 nəfər saxlanılıb

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.