Sumqayıtda qadının başına dam örtüyü düşüb –FOTO

Sumqayıtda dam örtüyü 42 yaşlı qadının başına düşüb.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, güclü külək yaşayış binasının dam örtüyünü qoparıb, dam örtüyü binanın həyətindən keçən 42 yaşlı Sevinc Rəsulovanın başına düşüb. Qadın baş və bədənin müxtəlif nahiyələrindən ağır zərbələr alıb.

  1. Rəsulova hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azad olunmuş əraziləri minadan təmizləyən Rusiya FHN-in əməkdaşları təltif edilib

Sonrakı məqalə

Azərbaycanda bir gündə 1333 nəfər COVID-19-a yoluxub-