Sumqayıtda yanğın olan zavodda monitorinqə başlanılıb

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb:

“Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb”.

Əvvəlki məqalə

Rusiyada sərvəti 100 milyondan çox olan 435 insan yaşayır

Sonrakı məqalə

Priqojin internetdə Putindən daha populyardır