Suriya hərbçiləri İdlibdə terrorçuların bunkerini tapıb

03 Fevral 2020 - 09:05

Suriya ordusunun əsgərləri İdlib əyalətində hərbi əməliyyat zamanı Cəbhət ən-Nüsra terror qruplaşmasının qərargahı kimi istifadə edilən bunker aşkarlayıb.

“SANA” agentliyinin verdiyi xəbərə görə, terrorçular bunkeri hazırda hökumət qüvvələrinin mühasirəyə aldığı Sarakib şəhərinin cənubundakı Maar-Debsa bölgəsində qayanın içərisində yaradıbdılar.

Qərargahın yaxınlığındakı tuneldə silahla dolu bir anbar və partlayıcı qurğular yaratmaq üçün emalatxana da aşkar edilib. Terrorçuların uzun müddət qalması üçün bunkerdə havalandırma sistemi də quraşdırılıb. (APA)