“Suriya modeli” regional münaqişələr üçün həll modeli ola bilər”-Putin

“Suriyada münaqişənin tənzimlənməsi prosesi digər regional böhranların həlli üçün özünəməxsus model ola bilər”.

Azpost.info bildirir ki, bu sözləri prezident Putin “Valday” Beynəlxalq Klubunda çıxışı zamanı deyib.

Putinin sözlərinə görə, əsas hallarda burada diplomatik mezanizmlər işləyəcək. Güc tətbiqi ən son zəruri hallarda nəzərdə tutulur: “Suriyada biz əsl terror ordusunun terrorçu kvazi-dövlətin yaratmaq cəhdi ilə qarşılaşdıq. Hərdən elə gəlir ki, çoxlu və yeni, xroniki problemlərin çox qarışıqdır, bundan çıxış yolu yoxdur. Amma təkrar edirəm, indi qeyri-ordinar, standart olmayan addım və hərəkətlərin zamandır”.

Putin deyib ki, Rusiya Suriya məsələsində öz tərəfdaşları ilə beynəlxalq hüquqa söykənərək, suverenliyə hörmət edərək, insanların təhlükəsizliyini əsas götürərək çox şeyə nail oldu: “Əminəm ki, bu yanaşmaya söykənərək dünyada, o cümlədən Asiyadakı digər problemləri də həll etmək mümkündür”.

O vurğulayıb ki, 2015-ci ildə  Rusiya Suriyada hərbi əməliyyatlara başlayanda bu zalda oturan ekspertlərin əksəriyyəti bunun müsbət nəticə verəcəyinə inanmırdı:

Biz Suriya ərazisində faktik olaraq qalib gəlmiş terror internesionalını məğlubiyyətə uğratdıq.  Bir neçə il ərzində Suriyanın böyük ərazisi terroçulardan azad edildi. Astana formatındakı tərəfdaşlarımızla BMT-nin dəstəyi ilə suriyadaxili siyasi prosesə başladıq”.  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eks-baş nazir SSRİ-nin niyə dağıldığını açıqladı:

Sonrakı məqalə

Prezident Vətəndaş Birliyi Partiyasının sədrini təltif etdi –