Prezident Vətəndaş Birliyi Partiyasının sədrini təltif etdi –SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev deputat Sabir Hacıyevi təltif edib. 

Dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə Sabir Kamal oğlu Hacıyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. O, Vətəndaş Birliyi Partiyasının sədridir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir