Suriya və Səudiyyə Ərəbistanı 10 illik fasilədədn sonra səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Ər-Riyad və Dəməşq arasında təmaslar Səudiyyə Ərəbistanı ilə Suriya prezidenti Bəşər Əsədin əsas müttəfiqi olan İran arasında əlaqələrin bərpası üçün mühüm razılaşmanın əldə olunmasından sonra sürətlənib”, – mənbə bildirib.
Diplomatik nümayəndəliklərin yenidən açılması müsəlmanların Fitr bayramından sonraya (21-22 aprel) planlaşdırılır.
Azpost.info