Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 19 silahlısı məhv edilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da zərərsizləşdirilən terrorçuların sayı 174-ə çatıb. Bundan başaqa əməliyyat çərçivəsində Suriyada PKK/YPG və İŞİD terrorçularından təmizlənən kəndlərin sayı isə 11-ə çatıb/Report.