Suriyada öldürülən terrorçuların sayı 550-yə çatıb –

Türkiyə Müdafiə Nazirliyi
14 Oktyabr 2019 - 10:58

Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatları başladığı vaxtdan etibarən indiyə kimi 550 terrorçu öldürülüb.

bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib. Qeyd olunub ki, hərbi əməliyyatlar zamanı 550 nəfər PKK/PYD-YPG terrorçusu məhv edilib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatlarına başlayıb. (APA)