Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

25 İyul 2021 - 10:00

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı “Fərat qalxanı” əməliyyatı bölgəsində türk hərbçilərin olduğu zirehli hərbi avtomobilə silahlı hücum olub.

Türkiyənin Milli Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, terror aktında Türkiyə Ordusunun 2 hərbçisi şəhid olub, daha ikisi yaralanıb.

Hələb əyaləti yaxınlığında baş vermiş terror aktının PKK/YPG tərəfindən törədildiyi bildirilib.