Badamdarda dağ yamacında yanğın başlanıb –FOTO

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə və yaşayış evlərinə tərəf yayılmasının qarşısı alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində quru ot və kol-kos yanıb.

Qeyd edək ki, ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınsöndürmə işlərinə yanğın texnikalarının cəlb olunması mümkün olmayıb. Yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Əlavə məlumat veriləcək.

**

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

**

Badamdar qəsəbəsi ərazisində yanğın başlanıb.

Azpost.info bildirir ki, Bayıl yamacının böyük bir ərazisini bürüyən alovu söndürmək üçün yanğınsöndürənlər gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq” –

Sonrakı məqalə

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub