Suriyada rus BTR-ləri ABŞ döyüş maşınlarını təqib etdi, toqquşma oldu –

Hollivud filmlərini xatırladan kadrlar (VİDEO)
27 Avqust 2020 - 14:03

Suriyanın şimal-şərqində Rusiya və ABŞ hərbçiləri arasında insidentin görüntüləri yayımlanıb.

Azpost.info bildirir ki, kadrlarda rus hərbi döyüş maşinlarının ABŞ zirehli avtomobilini təqib etdiyi və ona toxunduğu görünür.

İnsident nəticəsində bir neçə amerikalı əsgərin yaralandığı bildirilmişdi.  Məlumata görə, Rusiya hərbçilərinin olduğu zirehli avtomobil koalisiyaya aid digər zirehli avtomobillə toqquşub.

Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın qərargah rəisləri birləşmiş komitəsinin sədri general Mark Milli Suriyada iki ölkəyə aid hərbçilər arasında baş vermiş insidenti müzakirə ediblər. “Əvvəlki təcrübəyə uyğun olaraq, hər iki tərəf təfərrüatları məxfi saxlamağa qərar veriblər”, – məlumatda belə deyilir.