Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat başlayıb

User 14 Dekabr 2025 - 22:10 (Last updated: 14 Dekabr 2025 - 21:55)
ISID LIDER

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Palmirada Suriya-Amerika patruluna edilən hücuma cavab olaraq Homs əyalətinin və ölkə səhrasının bir neçə ərazisində İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.

“Report”un məlumatına görə, bu barədə “Əl-İhbariyə” telekanalı xəbər verib.

Təhlükəsizlik qüvvələrinin sözçüsü Əli əs-Sufi bildirib ki, əməliyyat Ərəb Respublikasının şərq və cənub-şərq hissələrindəki səhrada gizlənən İŞİD ilə əlaqəli yaraqlılara qarşı yönəlib.

“Syria TV” telekanalının məlumatına görə, ABŞ-nin rəhbərlik etdiyi koalisiya atışma hadisəsindən sonra Palmira və onun ətrafında həbs kampaniyası aparır.

Şənbə günü silahlı şəxs Suriya-Amerika patruluna atəş açaraq ABŞ-nin iki hərbçisini və bir amerikalı mülki tərcüməçini öldürüb. Onların meyitləri Amerika helikopterləri ilə sərhəd bölgəsi Ət-Tanfdakı (Dəməşqdən 250 km məsafədə) Qərb koalisiyasının hərbi bazasına aparılıb. Suriya Daxili İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, hücum edən şəxs təhlükəsizlik qüvvələrinin üzvü olub, lakin komandanlıq vəzifəsi tutmayıb. O, atışma zamanı zərərsizləşdirilib. Hakimiyyət orqanları onun İŞİD ilə əlaqəsi olub-olmadığını və ya sadəcə terrorçuların ideologiyasına sadiq qalıb-qalmadığını araşdırır.

AzPost.az

Post navigation

Previous: Rusiyada xizəklə gəzintiyə çıxan on üç nəfər dağda itkin düşüb
Next: Kolumbiyada məktəb avtobusu qəzaya uğrayıb, on altı nəfər ölüb

Oxşar xəbərlər

ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.   AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.