Surovikinin müavini işdən çıxarıldı- Generalın öz taleyindən xəbər yoxdur

Aerokosmik Qüvvələrin baş komandanının müavini general-polkovnik Andrey Yudin xidmətdən uzaqlaşdırılıb.

Azpost.info xəbər verir ki, bunu “Exo Moskvı”nın keçmiş baş rektoru Aleksey Venediktov məlumatın mənbəyini açıqlamadan “Teleqram” kanalında bildirib.

Aerokosmik Qüvvələrin rəhbəri, ordu generalı Sergey Surovikinin isə harada olduğu hələ də məlum deyil.

Müdafiə Nazirliyindəki iki mənbə Surovikinin həbs edildiyini bildirib. Anonim Telegram kanalı yazıb ki, Surovikin Moskvadakı Lefortovo istintaq təcridxanasında deyil. Burada adətən belə statuslu məhbuslar saxlanılır.

Surovikin Rusiya ordusunda ən yüksək olan general rütbəsinə sahibdir. 2017-ci ilin martından o, Suriyadakı rus qoşunlarının qruplaşmasına rəhbərlik edir. 2022-ci ilin oktyabrında SurovkinUkraynadakı qoşun qruplaşmasının komandiri təyin edilib. Lakin bu vəzifədə cəmi üç aydan bir qədər çox qalıb. 2023-cü ilin yanvarında onu Baş Qərargah rəisi Valeri Gerasimov əvəz edib.

Azpost.info

Əvvəlki məqalə

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sonrakı məqalə

Şahdağ Turizm Mərkəzi niyə zərər edib? –