Şuşada hərbçilərimizə qumbara atan erməni terrorçusunun FOTOLARI

13 Noyabr 2021 - 12:14

Şuşadakı Azərbaycanın hərbi postuna bomba atan erməni terrorçusunun adı məlum olub.

Azpost.info bildirir ki, bu şəxs Norayr Mirzoyandır. Fotolardan göründüyü kimi Mirzoyan Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edib.

Erməni teleqram kanallarının guya terrorçunun Şuşa yaxınlığında öldürülmüş “su borusu ustası” Martik Yeremyanın qardaşı olduğu barədə yaydıqları məlumat isə saxtadır.