“Şuşada tikiləcək Zəfərimizə həsr olunmuş məscid, İnşallah, Vətənimizin tacı olacaq” –Şeyxülislam

“Şuşada Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi mənim üçün çox xoş oldu”.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə aşıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə Cıdır düzündə Nikol Paşinyanın bir vaxtlar rəqs etdiyini xatırladıb: “Bu gün Prezident İlham Əliyevin iştirakı ilə Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi mənim üçün çox xoşdur. Şuşada Zəfərimizə həsr olunmuş məscidin tikilməsinə başlanılması da böyük hadisədir. İnşallah, o məscid Vətənimizin tacı olacaq. Mən Allaha bizə belə bir qələbə nəsib etdiyi üçün dua edirəm. Bu qələbə Heydər Əliyev siyasəti, onun yolunun bəhrəsidir. Bu gün Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu qələbəni qazana bildik. İlham Əliyev tarixdə bir fateh kimi qalacaq, min illər keçəcək, Azərbaycan xalqı bunu unutmayacaq. Allah nəsib etsin, tezliklə, məbədlərimizə, məscidlərimizə qayıdaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu

Sonrakı məqalə

Sabahın hava proqnozu