Şuşada yaşayan ermənilərin 80 faizi şəhəri tərk edib –

Rusiya Agentliyi məlumat yaydı
14 Oktyabr 2020 - 19:08

İşğal edilmiş Şuşada yaşayan əhalinin 80 faizi şəhəri tərk edib.

Azpost.info bildirir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, hərbi əməliyyatların başlanmasına qədər Şuşada 5 min nəfər yaşayıb.

“Əhalinin əsas hissəsi Ermənistanın qonşu yaşayış məkanlarına köçürülüb”- deyə separatçıların yerli “administrasiya rəhbəri” TASS-a bildirib.

“Sığınacaqda gizlnəməyə macal tapdıq. Hazırda şəhərdə sakinlərin 20 faizi qalıb. Qadınlar, uşaqları şəhərdən çıxarmışıq. Orta yaşlılar qalıb”.