Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi, polkovnik Tehran Mənsimov Naxçıvan televiziyasına müsahibə verib.
Azpost.info bildirir ki, müshaibədə T.Mənsimov 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıb, Şuşa uğrunda gedən döyüşlərin necə aparıldığını açıqlayıb.
O qeyd edib ki, noyabrın 6-da xüsusi təyinatlılar Şuşa uğrunda döyüşə girib.
“-Çox qızğın, yaxın döyüş gedirdi. Düşmənin tankları 10 metrlikdə bizim xüsusi təyinatlılarla savaşda idi. Cəmi 4 qumbaraatanımız qalmışdı. Onlarla da o iki tankı vurduq. Düşmən bundan sonra qaçmağa başladı”.
“-Ayın 7-də Şuşa qalasında birgə müdafiə xətti təşkil etdik. O gecə düşmən 3 böyük əks-hücum təşkil etsə də, hamısını birgə dəf etdik. Düşmənə maksimal itki verdik. Şuşa şəhərinin icra hakimiyyətinin binasında mayor Səfərli Gündüzün bölməsinin əsgərləri bayrağımızı dalğalandırdılar və illər sonra ilk Azan oxundu”.
“-Ayın 8-də isə Ali Baş Komandan Şuşanın işğaldan azad edildiyini bəyan etdi”.
“-Bu gün ermənilər dünyaya bəyan edirlər ki, guya Şuşa döyüşsüz qaytarılıb. Mən o döyüşün bir iştirakçısı kimi sizə deyə bilərəm ki, xüsusilə atəşkəsdən sonra, Şuşadan, ətrafından, meşələrdən 730 erməni hərbçisinin meyitini təhvil vermişik”.
Azpost.info həmin müsahibəni oxucularına təqdim edir:
https://www.youtube.com/watch?v=897lSTrKqJI