“Şuşanın girişində Azərbaycan bayrağı bundan sonra əbədi dalğalanacaq” –PREZİDENT

“Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaq”.

Bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Şuşa şəhərinə səfəri zamanı deyib.

Şuşa yarımstansiyasının binasının qısa müddət ərzində inşa edildiyini bildirən dövlət başçısı yarımstansiyasının Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəyini söyləyib.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa rayonunun Daşaltı kəndinə gəliblər.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Böyük Kirs dağını göstərərək Şuşanın su mənbələrindən birinin onun ətəyində yerləşdiyini deyib.

Prezident İlham Əliyev bildirib ki, həm sağ tərəfdə, həm də sol tərəfdə Daşaltı kəndinin gözəl mənzərəsi açılır: “Daşaltı kəndi də işğalçılardan azad edilib. Məhz bizim müzəffər ordumuz Daşaltıdan qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil oldu. İrəlidə də Böyük Kirs dağıdır. Azərbaycanın gözəl təbiəti gözümüzün önündədir. Hansı tərəfə baxsan gözəllik, yaşıllıq. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq”.

Prezident İlham Əliyev Daşaltı kəndin bərpası ilə bağlı tapşırıqlarını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində olub

Sonrakı məqalə

Sabaha olan hava proqnozu