Şvartsenegger robota görə Rusiya şirkətini məhkəməyə verib –

FOTO
06 Mart 2020 - 10:01

Hollivud ulduzu, Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegger Rusiyanın “Promobot” robot istehsalı şirkətini məhkəməyə verib.

Trend-in məlumatına görə, aktyor robotlardan birində öz simasının istifadə olunmasına görə bu addımı atıb. A.Şvartsenegger şirkətdən 10 milyon dollar təzminat tələb edib.

Qeyd olunur ki, təzminata məhkəmə xərcləri və şirkətin robotların satışından əldə etdiyi gəlir daxildir.