Şəhid İbad Musayevin qalıqları 30 ildən sonra Lənkəranda dəfn olunub –FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid İbad Musarza oğlu Musayevin qalıqları ailəsinə təhvil verilib.

30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid İbad Musarza oğlu Musayevin qalıqları dəfn edilib.

Şəhidin qalıqları Lənkəran rayonunun Şağlaser kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən İbad Musarza oğlu Musayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

İbad Musayev 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndində şəhid olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.