Yeni qaydalarda şərti və qismən tanınma ortaya qoyulub. Əgər vətəndaş müəyyən səbəblərdən xaricdə təhsilini davam etdirə bilməyibsə, agentliyə transfer üçün müraciət edə bilər.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, transferə müraciət edən həm yerli, həm də xarici vətəndaşlar transfer imkanı əldə edib, təhsillərini ölkə daxilində davam etdirə və diplom əldə edə bilərlər”, – deyə Tural Əhmədov qeyd edib.