“Təcrid vəziyyətində deyilik, bir qapı bağlanırsa, o biri açılır”- PESKOV

“Rusiya təcrid vəziyyətində deyil və iqtisadiyyatda hər hansı boşluq yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, əməkdaşlıq üçün hər zaman yeni sahələr açılır.

“Əlbəttə ki, təcrid olunmamışıq. Bu baxımdan iqtisadi məsələlərdə boşluq ola bilməz. Bəzi istiqamətlər bağlanarsa, o zaman digər istiqamətlər avtomatik olaraq açılır və daha gəlirli olur”, – Peskov deyib.

Azpost.info

Əvvəlki məqalə

CAR prezidenti Kiyevə gəlib

Sonrakı məqalə

“Ermənistan və Azərbaycan XİN rəhbərləri tezliklə Vaşinqtonda görüşəcəklər”