Təhsil haqqı borcu olan tələbələrin yekun attestasiyası necə olacaq? –

AÇIQLAMA
07 İyun 2021 - 17:11

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli ödənilməmiş təhsil haqqı borcu olan tələbələrin yekun attestasiyası ilə bağlı məsələyə aydınlıq gətirib.

Şöbə müdiri qeyd edib ki, yekun attestasiyaya buraxılmaq üçün təhsil şərtləri tələbini yerinə yetirməklə yanaşı, təhsil haqqının ödənməsi də mütləqdir: “Kəsiri olanlara gəldikdə isə, onlar əvvəlcə kəsirlərini verməlidirlər ki, daha sonra yekun dövlət attestasiyasına buraxılsınlar”. (APA)