Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin evlərinə gedib

10 Mart 2021 - 12:14

Fevralın 10-da təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ötən gün intihar edən Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdlərinin ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.