Minlərlə miqrant ABŞ-a keçmək üçün sərhəddə toplaşıb

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas getdikcə artan böhran problemi Bayden administrasiyası tərəfindən həll edilənədək, sərhəddə böyük sayda miqrantın öhdəsindən gəlməyə kömək məqsədilə öz əməkdaşlarından könüllü olmalarını xahiş edib.

Bayden administrasiyası tərəfindən immiqrasiya islahatları aparılması barədə qərar elan edildikdən sonra Mərkəzi Amerikadan olan miqrantlar sığınacaq almaqdan ötrü ABŞ sərhədlərinə üz tuturlar.

Mayorkas çərşənbə axşamı deyib: “Bu gün mən gömrük və sərhəd xidmətlərinə dəstək məqsədilə könüllü qüvvələri fəallaşdırdım, çünki bu xidmətlər cənub-qərbi sərhəd boyunca miqrant axınının kəskin artımı ilə qarşılaşır”. O qeyd edib ki, Bayden administrasiyası ölkədə təhlükəsiz, nizamlı və humanist immiqrasiya sisteminin olmasına cəhd edir, eyni zamanda, Daxili Təhlükəsizlik Nazirliyinin bütün digər mühüm missiyaları arasında tarazlığın təmin olunmasını davam etdirir.

Əmlakın idarə edilməsi, yemək hazırlanması, resept üzrə dərman preparatlarının çatdırılması, təsərrüfatın idarə edilməsi və dispetçer otaqlarında kömək könüllülərin vəzifələrinə daxil ediləcək. Mayorkas qeyd edib ki, 2019-cu ilin yaz və yay aylarında sərhəd böhranı zamanı könüllü qüvvələrdən istifadə olunub.

Tramp administrasiyası 2019-cu ilin böhranının öhdəsindən gəlmək və miqrantların şimala keçmələri faktlarına son qoymaq məqsədilə bir sıra tədbirlər görüb. Tənqidçilər bu tədbirlərin çoxunu sərt adlandırsalar da, miqrantların sayı kəskin şəkildə azalıb, miqrantların daxili rayonlara buraxılmasında bilavasitə istifadə olunan saxlanma və azad edilmə praktikası isə əhəmiyyətli dərəcədə dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin evlərinə gedib

Sonrakı məqalə

Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb