Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlıAÇIQLAMA

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı heç bir narahatlığa səbəb yoxdur. Təqaüd verilən bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti öz öhdəliyini yerinə yetirərək təhsil sahəsində çalışanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin vaxtında ödənilməsini özü üçün bir nömrəli prioritet sayır:

“Bu, əvvəlki aylarda 100 faiz təmin edilib. Növbəti aylar ərzində də tələbələrə təqaüdlərin ödənilməsi dövlət tərəfindən 100 faiz təmin ediləcək”.

C.Bayramov əlavə edib ki, növbəti, yəni 2020-2021-ci tədris ilinin payız semestri üzrə tələbələrin təqaüdlərinin alınması artıq yay imtahan sessiyasının nəticələri əsasında həyata keçiriləcək. Həmin müddətdə də bu hüququ əldə edən tələbələrin hamısının təqaüdü 100 faiz ödəniləcək:

“Sadəcə olaraq, hazırkı xüsusi vəziyyət nəzərə alınaraq, təqaüd almaq imkanı yalnız iyun-iyul ayları ərzində keçiriləcək imtahanda iştirak edən tələbələrə şamil olunmayacaq. Əgər kimsə bu aylarda keçirilən imtahanlarda iştirak etməyib, amma tədris ilinin əvvəlində keçirilən imtahanlarda iştirak edəcəksə, həmin tələbələr də imtahanları vermək şərtilə təqaüd almaq imkanı əldə edəcəklər. İyun-aylarında imtahanlarda iştirak etməmək tələbələri birmənalı şəkildə təqaüd almaq hüququnundan məhrum etmir”.

Təhsil Nazirliyinin elektron sistemindəki tələbələrin təqribən 50 faizinin təqaüd aldığını nəzərə çatdıran C.Bayramov əlavə edib ki, bu gün təqaüd almaq hər bir ali təhsil müəssisəsində ixtisasa uyğun olaraq, rəqabətli şəraitdə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

QMİ:

Sonrakı məqalə

Nüsrət İbrahimov: