Təl-Əvivə raket zərbəsi təhlükəsi yarandı –Blinken və Netanyahu bunkerdə gizləndi

ABŞ dövlət katibi Entoni Blinken və İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əvivdə hava hücumu ilə bağlı sirenlərinin işə düşməsi zamanı bunkerdə gizləniblər.

Azpost.info Röyter-ə istinadən bildirir ki, bu barədə Dövlət departamentinin nümayəndəsi Metyu Miller bildirib.

Onlar bu zaman danışıqlar aparırmış .

Onun sözlərinə görə, hava təhülkəsi bitəndən sonra iclasın bütün iştirakçıları bunkeri tərk edərək görüşlərini davam etdirib və İsrail Müdafiə Nazirliyinin komanda mərkəzinə yollanıblar.

“Dövlət katibinin Baş nazir Netanyahu və Hərbi Nazirlər Kabineti ilə görüşü zamanı hava hücumu sirenləri işə düşdü və onlar beş dəqiqəlik bunkerə sığındılar”, – Miller deyib.

Bu, Dövlət katibinin HƏMAS ilə müharibə başlayandan bəri İsrailə ikinci səfəridir. O, region liderləri ilə bir sıra səfərlərdən sonra ölkəyə qayıdıb.

Azpost.info

Əvvəlki məqalə

“Vəzifəmdən getməyəcəm, sonadək mübarizə aparacam” –

Sonrakı məqalə

Gədəbəydə polis silahlı müqavimət göstərən şəxsə atəş açıb –