Təqaüdçü arvadını, qızını, sonra isə özünü güllələyib

10 Yanvar 2022 - 08:56

Rusiyanın Voloqda şəhəri yaxınlığında yerləşən Kipelovo yaşayış məntəqəsindəki mənzillərdən birində güllələnmiş 3 meyit aşkarlanıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, qətl 66 yaşlı təqaüdçü kişi tərəfindən törədilib.

O, naməlum səbəbdən karabin silahı ilə əvvəl 55 yaşlı arvadını, 34 yaşlı qızını, sonra isə özünü öldürüb.

Qeyd edək ki, meyitlər yanvarın 9-da günorta saatlarında tapılıb. Faktı ilə bağlı cinayət işi başlanılıb.(APA)