“Tərəfləri dialoqa çağırırıq” –

BMT Kəlbəcərdəki gərginliklə bağlı bəyanat verdi
28 İyul 2021 - 23:39

“Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik narahatlıq doğurur”.

Azpost.info bildirir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Farhan Xan bəyan edib.

“Biz artan narahatlıqla sərhəddəki gərgin durum barədə məlumatları izləyirik. Hər iki tərəfi təmkinli olmağa, eskalasiyaya gətirə biləcək istənilən hərəkətdən çəkinməyə və problemi dialoq vasitəsi ilə həll etməyə çağırırıq”.