Tərtərin Dəmirçilər kəndində su kanalında boğulan 2010-cu il təvəllüdlü Nişanə İsmayıl qızı Əliyevanın meyiti tapılıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verib.
**
Tərtərdə 10 yaşlı qız uşağı kanala düşüb.
Hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.
Hadisə ilə bağlı FHN-nin Kiçik Həcimli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları 10 yaşlı qızın axtarışına başlayıb. Nişanə Elməddin qızı kənd ərazisindən keçən su kanalında boğulduğu ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır. (APA)