“Təyyarədə bomba olması ilə bağlı məlumat İsveçrədən daxil olub” –

Lukaşenko
26 May 2021 - 12:49

““Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba olması ilə bağlı məlumat İsveçrədən daxil olub”.

TASS-ın verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko parlamentdə parlamentarilər, Konstitusiya Komissiyası və dövlət idarəçiliyi orqanlarının nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, Minsk aeroportuna təcili eniş edən təyyarədə terrorçu olub və bu barədə xaricdə də biliblər.

Belarus Prezidenti Qərbin Minskə təcili eniş edən “Ryanair” təyyarəsi ilə bağlı insidentin tədqiqatında iştirakdan imtina etdiyini də qeyd edib: “Belarus tərəfi insidentlə bağlı daxil olan məlumata müvafiq reaksiya verib. Biz obyektlərimizin bombalanması təhdidləri fonunda necə addım atmalı idik? Hər bir halda biz daxil olan məlumata adekvat reaksiya veririk”, – deyə A. Lukaşenko vurğulayıb.