TƏBİB:"Kürdəmirdə yol qəzasında 4 nəfər ölüb, 7 nəfər yaralanıb, yaralıların vəziyyəti ağırdır"

Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə APA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib və hamısının vəziyyəti ağırdır.

***

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

“Nissan” markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri – 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və “Mercedes” markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

2 yaşlı Sabir Ceyhun oğlu Piriyevin vəziyyəti isə ağır olaraq qalır. Onun əməliyyat olunduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xiaomi” öz istifadəçilərini izləməkdə şübhəli bilinir

Sonrakı məqalə

Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri işdən çıxarılıb