“Təcili çıxış planı hazırlayın!”- Çexiya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

Çexiya Xarici İşlər Nazirliyi (XİN) öz vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə, bu ölkədə olanları isə oranı tərk etməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə Çexiya XİN-in yaydığı bəyanatda deyilir.

Nazirliyin bəyanatında belə bir tədbirin Rusiya şəhərlərində təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən zəruri olduğu vurğulanır: “Əgər siz artıq ölkədəsinizsə və xəbərdarlığa baxmayaraq, qalmaq qərarına gəlmisinizsə, həddindən artıq ehtiyatlı olun, təsdiqlənmiş məlumatları izləyin və təcili çıxış planı hazırlayın”.

XİN onu da xatırladıb ki, Rusiya ilə Aİ ölkələri arasında münasibətlərin gərginləşməsi səbəbindən Rusiyadakı Çexiya səfirliyinin fəaliyyəti məhdudlaşdırıla bilər.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan-Türkiyə birgə Universitetinin açılacağı tarix bəlli olub

Sonrakı məqalə

“Quş saxlayan qonşum məndən xəbərsiz adıma şirkət açıbmış”