“Təhdidləri məsuliyyətsiz ritorika hesab edirik”– İran XİN

“İran Ukraynadakı münaqişədə iştirak etmir və təhdidləri məsuliyyətsiz ritorika hesab edir”.

Azpost.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

“Ukrayna rəhbərliyinin ittihamlarını rədd edirik. Təhdidləri məsuliyyətsiz ritorika hesab edirik. Bu cür bəyanatların hüquqi və siyasi nəticələrinə görə məsuliyyət Ukrayna hökumətinin üzərinə düşür”, – Kənani deyib.

XİN sözçüsünün fikrincə, kimlərinsə İranı günahlandırması Ukraynaya, onun xalqına və rəhbərliyinə kömək etməyəcək.

Onun sözlərinə görə, Tehran heç bir şəkildə Ukraynadakı münaqişədə iştirak etmir, lakin eyni zamanda, böhranın həllinə kömək etməyə hazırdır.

Azpost.info

Əvvəlki məqalə

Bu il ən çox kredit kənd təsərrüfatı məhsulları istehsalına ayrılıb

Sonrakı məqalə

Yanvarda nazirlər bu rayonlarda vətəndaşları qəbul edəcək –