Bu il ən çox kredit kənd təsərrüfatı məhsulları istehsalına ayrılıb- RƏQƏMLƏR

Bu ilin on bir ayında kənd təsərrüfatı məhsulları istehsalına 71,5 milyon manat kredit ayrılıb.

Bu barədə Sahibkarlığın İnkişafı Fondundan bildirilib.

Qeyd edilib ki, bu il sahibkarların 2343 layihəsinin maliyyələşdirilməsinə 119,6 milyon manat güzəştli kredit verilib. Kreditlərin 71,5 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalının, 28,5 milyon manatı sənaye məhsullarının istehsalının, 7,7 milyon manatı turizmin, 11,8 milyon manatı isə digər sahələrin payına düşür.

Əvvəlki məqalə

Komandos kursunun növbəti buraxılışı olub –

Sonrakı məqalə

“Təhdidləri məsuliyyətsiz ritorika hesab edirik”