Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Təhsil Nazirliyinin 3 milyonluq dezinfeksiyası

User 07 Aprel 2023 - 18:34 (Last updated: 21 May 2025 - 20:15)
dezinfeksi02

Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Azpost.info xəbər verir ki, tenderdə “Ecomedi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qalib olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 3.680.093,88 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ecomedi” MMC 16 iyun 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, bina 5, mərtəbə 4, məhəllə 1965-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Fəzail Maarif oğludur.

“Ecomedi” MMC-nin veb-səhifəsində qeyd edilir ki, şirkət əsasən dezinfeksiya (xəstəlik törədən mikrorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsi), deratizasiya (infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsi) və dezinseksiya (infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsi) ilə məşğuldur. Fəzail Məmmədov haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ötən il də “Ecomedi” QSC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 3 632 904 AZN olan müavilədə təhsil müəssisələri üçün sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satın alınması nəzərdə tutulub. Həmin vaxt şirkətin qanuni təmsilçisi Fərid Eyvazov olub. O, 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında işləyib. 2013-2016-cı illərdə isə Səhiyyə Nazirliyində özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi fəaliyyət göstərən Fərid Eyvazov 2014-2015-ci illlərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib.

Satınalma müqaviləsi imzalanan vaxt o, “Bakı Bərpa Mərkəzi”nin baş həkimi olub. Hazırda da orada çalışır. Həmçinin “Ecomedi” QSC həmin vaxt MMC şəklində fəaliyyət göstərib. Ötən il şirkətin reyestr məlumatlarına dəyişiklik edib. Bununla həm şirkətin təşkilati-hüquqi forması, həm də qanuni təmsilçisi dəyişib.

Hüseyn

Post navigation

Previous: Qazaxıstandan Rusiyaya hərbi texnika daşınır? 
Next: Türkmənistanın yeni parlamentinə qadın sədr seçilib –

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən...
Read more about Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.