Təşkilatçılar İlon Maskın yalanını üzə çıxardı:"Davosa dəvət etməmişdik"

“Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakdan imtina etdiyini açıqlayan İlon Mask əslində oraya dəvət olunmayıb”.

Azpost.info xəbər verir ki, bu barədə “Associated Press”ə tədbirin təşkilatçılarından biri məlumat verib.

Forumun media kommunikasiyalar şöbəsinin rəhbəri Yan Zopfun sözlərinə görə, sonuncu dəfə “Tesla”, “SpaceX” və “Tvitter” rəhbərlərinə 2015-ci ildə dəvət göndərilib.

Mask özü daha əvvəl “Tviter-də yazmışdı ki, o, Davos Formunun dəvətindən imtina edib. Ona görə yox ki, orada şeytani intriqalar var, ona görə ki, ora hədsiz dərəcədə darıxdırıcıdır.

Dünya İqtisadi Forumu siyasi və biznes elita nümayəndələrinin Davosda keçirilən illik toplantısıdır.

Azpost.info

Əvvəlki məqalə

Tərtərdə xidmətdən narazı qalan müştəri qumbara ilə kafeyə hucum etdi

Sonrakı məqalə

“Mimino” Tovuzda hansı sözə görə ağlamışdı? –