İŞİD MDB sərhədinə hucum etdi –

Tacik sərhədçiləri ilə qanlı döyüş, 15 terrorçu öldürüldü (FOTO)
06 Noyabr 2019 - 12:11

İŞİD terror təşkilatı Tacikistan – Özbəkistan sərhədində yerləşən sərhəd zastavasına silahlı hücum edib.  

Azpost.info bildirir ki, bu barədə “RİA Novosti” Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinə istinadən məlumat yayıb. Hücum zamanı 15 terrorçu  məhv edilib, 5 nəfər saxlanılıb.

Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb. Sərhəd zastavasına hücum edən İŞİD döyüşçüləri Əfqanıstandan gəliblər.