“İlqar Məmmədov ReAL-ı Kommunist Partiyasına çevirmək istəyir” –İstefa verən Azər Qasımlı sədri "topa tutdu"

“Partiyada idarəetmədə kollektiv qərar vermək son 6 ayda daha da zəifləyib. İlqar Məmmədov bizim qurduğumuz yerli təşkilatları dağıdıb, məhv etmək istəyir. O, İdarə Heyətinin son iclasında dəyişiklik və islahat etmək lazım olduğunu dedi. İlqar Məmmədovun təklifləri ReAl-ı Kommunist Partiyasına çevirəcək, təkhakimiyyətlilik yaradacaq. Hətta 90-cı illərdə yaranmış partiyalarda belə biabırçı vəziyyət yoxdur. İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur”.

Bunu bu gün keçirdiyi mətbuat konfransında ReAL-ın sabiq Məclis sədri Azər Qasımlı deyib.

O qeyd edib ki, İlqar Məmmədov həbsdən çıxdıqdan sonra yerli təşkilatlar onun tabeliyində olub: “İlqar Məmmədov bir il sonra dedi ki, yerli təşkilatlar çox zəifdir. Mən bunu qəbul etmirəm. Zəifdir deməsini doğru saymıram. Bir il ərzində güclü etmək imkanı var idi. Lakin İlqar Məmmədov bunu etmədi”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bələdiyyəyə namizədlər üçün bu KİV-lərdə pulsuz efir və yazıya yer ayrılacaq –

Sonrakı məqalə

İŞİD MDB sərhədinə hucum etdi –