Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Sərhəd-2022” təlimlərinin növbəti mərhələsi başlayıb.
Azpost.info xəbər verir ki, təlimlərdə qanunsuz silahlı birləşmələrin məhv edilməsi üçün manevrlər tətbiq olunacaq.
Xarbmaydon poliqonundakı təlimlər 1000-ə yaxın hərbçi, 300-dən çox texnika, o cümlədən təyyarələr, helikopterlər və PUA-ların iştirakı ilə keçirilir.
Rusiya kontingentinin əsasını Mərkəzi Hərbi Dairənin 201-ci hərbi bazasının hərbçiləri təşkil edir.
“Qeyri-qanuni silahlı birləşmələrin qarşısının alınması və məhv edilməsində bölmələrin idarə olunması və dövlət sərhədində vəziyyətin bərpası üçün xüsusi tədbirlərin görülməsi məsələləri işlənir”, – təlimlərlə bağlı yayılan məlumatda bildirilir.
Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Azpost.info