Tahir Kərimli çıxışna görə Milli Məclis sədrindən üzr istədi

23 Noyabr 2021 - 11:44

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ötən iclasda Milli Məclisin smeta xərcləri ilə bağlı açıqlamalarına aydınlıq gətirib.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat bildirib ki, Milli Məclisin rəhbərliyinin beynəlxalq fəaliyyəti göz qabağındadır.
T Kərimli qeyd edib ki, o, sənədlərə baxanda görüb ki, nəinki sürücülərin maaşı kəsilib, hətta onlara əlavə kurslara dövlət hesabına cəlb edilib: “Mən Milli Məclisin sədrindən ötən günki çıxışıma görə üzr istəyirəm. Xalqımdan da üzr istəyirəm”.
Deputat nəzərə çatdırıb ki, Milli Məclisdə ilk dəfə COVİD-19-a yoluxan şəxslərə 500 manat pul verilib: “Eyni zamanda sənədlərə baxanda bir çox şəxsin vəzifələrinin artırıldığını da gördüm”.
Sədr Sahibə Qafarova isə tövsiyə edib ki, gələn dəfə sənədlərə əsaslanmayan, yanlış məlumatlara əsaslanan çıxışları bu Milli Məclisə daşımayaq və xalqımıza yanlış məlumat verməyək.