Taksi sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi Qaydasına dəyişiklik edilib

“Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”na dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası qərar verib.

Dəyişikliyə əsasən, qərarda “və Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC-də” sözləri “Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC-də, eyni zamanda “Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə” sözləri “Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində” sözləri ilə əvəz edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının iki rayonunda mənzillərin qeydiyyatı üzrə növbəti sənəd qəbulu keçiriləcək

Sonrakı məqalə

Azərbaycanda pensiya işlərinin arxivləşdirilməsi üzrə sənədlər elektronlaşdırılacaq