“Taliban” əfqan xalqına müraciət etdi:

"Hər kəs sülh içində yaşaya bilər"
14 Avqust 2021 - 09:25

“Taliban” hərəkatı Əfqanıstan xalqına müraciət edərək bəyanat yayıb və sülh niyyətini elan edib.

Bu barədə İranın “ISNA” xəbər agentliyi məlumat yayıb.

“Əfqanıstanda “Taliban” silahlılarının sürətlə irəliləməsi hərəkatın populyarlığının göstəricisidir. Kimsə “Taliban”la mübarizə aparıbsa, qorxulacaq bir şey yoxdur. Hər kəs sülh içində yaşaya bilər. Biz sizin qardaşlarınızıq. Əgər kimsə sizə “Taliban” adından hücum edərsə, bunu dərhal qərargahımıza bildirin ki, bununla məşğul olsunlar”, – deyə agentlik bəyanatdan sitat gətirib.

Hərəkat əhalini hücum zamanı evlərini tərk etməməyə, hökumət rəsmilərini isə ailələri ilə birlikdə ölkədən getməməyə çağırıb.

“Taliban” hökumət ordusunun hərbi qulluqçularının əfv olunacağına, şəxsi və dövlət mülkiyyətinin toxunulmazlığına dair vəd verib.