Taliban birləşmələrinin Əfqanıstanın Aybak şəhərini ələ keçirdiyi bildirilir.
Bu şəhər Samanqan əyalətinin payraxtıdır.
Samanqan əyalətinin qubernatoru avqustun 9-da Azadlıq Radiosunun əfqan xidmətinə bildirib ki, hazırda Aybak şəhəri tam talibançıların nəzarətindədir.
Azadlıq Radiosunun müxbiri Bilal Sarvari Tvitter səhifəsində şəhərin döyüşsüz verildiyini bildirir. Talibançılar bundan bir gün öncə, strateji cəhətdən vacib olan Kunduz şəhərinin əksər hissəsini, eləcə də Sare Pol şəhəri və Taxar vilayətinin paytaxtı Taloqanı ələ keçirib.
Hazırda Əfqanıstanın şimalında yerləşən Balx,Təxar və Kunduz əyalətlərində talibançılarla Əfqanıstanın hökumət qoşunları arasında ağır döyüşlər gedir.
Bu arada NATO təşkilatı Taliban hərəkatını, Əfqanıstanla bağlı siyasi dialoqa qoşulmağa çağırıb
Hazırda Əfqanıstan ərazisinin xeyli hissəsi Talibanın nəzarətindədir.