Taliban hökuməti mənbələri müvəqqəti qəbul və icra ediləcək konstitusiyanı açıqlayıblar.
SalamNews AmajNews-a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin Ədliyyə naziri Əbdülhəkim Şəri Əlcəzirəyə açıqlamasında məlumat verib.
O bildirib ki, Məhəmməd Zahir Şah dövründə qəbul edilmiş konstitusiya ölkədə müvəqqəti icra ediləcək.
Taliban hökümətinin naziri bildirib ki, burada “şəriət”in əksinə olan qanunlar istisna edilir.
Qeyd edək ki, Zahir Şah 1935-1974 -cü illərdə ölkəyə rəhbərlik edib.